18 C
Baku
Sunday, September 8, 2024

Azərbaycanda institut satışa çıxarılır

Banker.az xəbər verir ki, Azərbaycan Dövlət Elmi-Tədqiqat Kimya İnstitutu hərraca çıxarılır.

Hərrac Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12 ünvanında (Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinin binası) hərrac komissiyası tərəfindən keçiriləcəkdir.

Hərracda iştirak etmək üçün müvafiq hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanmasına ən geci 3 bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN).
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təsdiq edilmiş formada sifariş.
3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
(10% məbləğində beh Azərbaycan Respublikası Mərkəzi Bankında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

mm

Son xəbərlər
Digər xəbərlər