2023-cü ildə Azərbaycanda internet bankçılıq üzrə 26 milyon 978 min manat həcmində 1 882 əməliyyat aparılıb.
Banker.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
2022-ci ilin eyni dövründə 23 milyon 866 min manatlıq 1 944 əməliyyat aparılmışdı. Əməliyyatlar son bir ildə məbləğ ifadəsində 13% artıb, say ifadəsində isə 3.2% azalıb.
Aylıq müqayisədə internet bankçılıq üzrə əməliyyatların həcmi 44%, sayı isə 17% artıb.