14 C
Baku
Thursday, November 21, 2024

Azərbaycanda internet provayderlərinin xidmətinin keyfiyyəti rüblük ölçüləcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) Azərbaycanda fəaliyyət göstərən internet provayderlərinin xidmətinin keyfiyyətini rüblük ölçəcək.

Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, İKTA xidmət bazarlarını təhlil etmək və onların formalaşdırılması istiqamətində tədbirlər görmək məqsədilə telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətlərdən keyfiyyət və digər göstəriciləri rüblük əsasda və elektron qaydada toplamağa başlayıb. Əldə olunmuş nəticələrin təhlil edilməsi tənzimləyici qurumun telekommunikasiya bazarına istehlakçıyönümlü müdaxiləsinə və orada sağlam rəqabətin formalaşdırılmasına da imkan verəcək.

“Telekommunikasiya sahəsində göstərilən xidmətlərin keyfiyyətinə dair tədbirlərin həyata keçirilməsi bu sahənin tənzimlənməsində olduqca önəmlidir. Bazarın öyrənilməsi məqsədilə, bu ilin yanvar ayından başlayaraq İKTA telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinə dair xarici təcrübəni öyrənib, geniş təhlillər aparıb.

Telekommunikasiya xidmətləri üzrə keyfiyyət göstəricilərinin və keyfiyyət səviyyəsinə dair minimal tələblərin müəyyən edilməsi, xidmət keyfiyyəti üzrə operatorların, internet provayderlərin fəaliyyətinin tənzimlənməsi, eləcə də telekommunikasiya xidmətlərinin keyfiyyətinin dəyişən şərtlər çərçivəsində beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə İKTA “Telekommunikasiya xidmətlərinin keyfiyyət göstəriciləri haqqında Qayda” layihəsi hazırlayıb və aidiyyatı üzrə nazirliyə təqdim edib.

İKTA telekommunikasiya bazarındakı mövcud vəziyyəti anlamaq üçün müştəri məmnuniyyəti ilə bağlı müxtəlif sorğuların və araşdırmaların aparılmasını planlaşdırır. Bu proses istehlakçılardan mütəmadi olaraq qiymət, xidmət xüsusiyyətləri baxımından internet provayderlərin təqdim etdiyi müştəri xidmətinin keyfiyyətinə və tutarlılığına dair qərəzsiz rəy toplamağa imkan verəcək, istehlakçıların internet provayderlərdən gözləntilərini öyrənməyə kömək edəcək”, – deyə açıqlamada qeyd olunub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər