6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda investisiya qoyula biləcək infrastruktur sahələri açıqlanıb

Azərbaycanda investorlar infrastruktur sahələri arasında ilk növbədə sənaye müəssisələri və ev təsərrüfatları üçün çirkab suların təmizlənməsinə pul qoya bilərlər.

Bu barədə Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi məqsədilə yaradılmış İnvestor Xəritəsində bildirilir.

Sənədə əsasən, investorlar üçün sənaye müəssisələrinin və ev təsərrüfatlarının çirkab sularını, o cümlədən neftlə çirklənmiş suları texniki istifadə məqsədi ilə təmizləyən sutəmizləyici qurğuların tikintisi və istismarı maraqlı ola bilər.

Digər istiqamət isə təhlükəli olmayan tullantıların utilizasiyası və təkrar emal müəssisələrinin yaradılmasıdır. Tullantılarının emalı və təkrar emal müəssisələri tikmək və istismar etmək, təhlükəli olmayan məişət tullantılarını təmizləmək, təkrar istifadə olunan materialı yenidən bazara çıxarmaq təklif edilir.

Xəritədə növbəti istiqamət təhlükəli tullantıların saxlanılması və utilizasiyası, o cümlədən neft qalıqlarının təmizlənməsidır. Təhlükəli tullantıların idarə edilməsi, təmizlənməsi və saxlanılması xidmətlərini təmin edən müəssisələrin tikintisi və istismarı, o cümlədən neft qalıqlarının təmizlənməsi , burada yığılmış neft məhsulunun qalıqlarının müvafiq neft qalıqları təchizatçısına qaytarılması və yaxud bərk tullantı yanacağa çevrilməsi imkanlar var.

Hesabatda infrastruktur sahələri üzrə investisiya İmkanları üzrə təklif edilən digər sahə əsas ticarət marşrutları boyu Ticarət Logistika Mərkəzlərinin yaradılmasıdır. Məhsulların düzgün saxlanmasını və bazarlara vaxtında, təhlükəsiz səkildə çatdırılmasını təmin etmək üçün bir məntəqədə saxlama, nəqliyyat və tranzit -gömrük xidmətlərini təklif edən əsas quru və dəmir yolu ticarət marşrutları ilə bağlı logistika mərkəzlərinə investisiya qoyuluşunu həyata keçirmək mümkündür.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər