-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda investisiya qoyuluşunda bank kreditlərinin payı aşağı düşüb

2021-ci ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7059,3 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz az vəsait yönəldilib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Əsas kapitala yönəldilmiş vəsaitdə müəssisə və təşkilatların vəsaitləri 4258,1 milyon manat, büdcə vəsaitləri 1385,1 milyon manat, sair vəsaitlər 498,0 milyon manat, əhalinin şəxsi vəsaitləri 495,8 milyon manat, bank kreditləri 422,3 milyon manat və ya 19.2% az təşkil etmişdir.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində bank kreditləri 6% olub.

Son xəbərlər
Digər xəbərlər