“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin səhmdarı dəyişib.
Bnaker.az-ın əldə etdiyi məlumata əsasən, Samir Xəlilov Əlövsət oğlu səhmlərin 100%-nə sahib olub.
Hazırda şirkətin nizamnamə kapitalı 1 milyon 110 min manatdır.
Buna qədər investisiya şirkətinin səhmdarlar Anar Nəbiyev (40%), Cəmşid Novruzov (34%) və Zərifə Həsənova (26%) adlı fiziki şəxslər idi. Buna qədər şirkətin nizamnamə kapitalı 550 min manat idi.
“MFX-Trading İnvestisiya Şirkəti” ASC vaxtı ilə “MuğanBank” ASC-yə yaxın strukturda yaradılmışdı.
Şirkətin rəhbərliyində də dəyişiklər olub. Cari ayın ilk yarısında səhmdarların ümumi yığıncağının qərarına əsasən İdris Məmmədov Elman oğlu və Əhməd Məmmədov Kavı oğlu “MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının üzvlüyündən çıxarılıblar.
Onların yerinə yalnız bir təyinat gerçəkləşəcək. Tural Bayramov Bəşir oğlu Müşahidə Şurasının üzvü seçilib. Tural Bayramov 2024-cü ilin əvvəlinə qədər “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru idi
Hazırda “MFX-Trading İnvestisiya Şirkəti”nin Müşahidə Şurasına Anar Təhməzov Malik oğlu sədrlik edir. Şirkətin icra orqanına direktor kimi Zahir Abdullayev Dunyamalı oğlu rəhbərlik edir.