12 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda investisiya şirkəti “hazır vəziyyətə” gəldi — AMB-dən lisenziya gözləyir

Maliyyə şirkəti olan “Kapital Partners” MMC 2020-ci ildə kapital bazarında anderaytinq olmaq üçün investisiya şirkətinə çevrilib, lakin hələ lisenziya ala bilməyib. Nəzərə alsaq ki, ondan sonra yaranan digər şirkətlər lisenziya alıb, ehtimal etmək olarki şirkətə bu işdə mane olan faktorlar vardır. Onlardan əsasını aşağıda qeyd etmişik.

İnvestisya şirkəti qeyd edilən ildən, rebqrendinqlə “Capital Partners İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Ötən ilin əvvvəlində  səhmdarlarının qərarı ilə  “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin səhmlərinin emissiyası gündəmdə idi. Şirkət ilk yarandığı gündə nizamnamə kapitalı 80 manat olduğu halda, sonradan 80 000 manata qədər artırılıb.

Amma bu nizamnamə kapitalı hazırda requlyator Mərkəzi Bankın normativindən xeyli aşağıdır.

Mərkəzi Bankın qayasında görə, investisiya fondlarının idarə edilməsini həyata keçirən hüquqi nizamnamə kapitalının minimum məbləği 125 000 manat həcmində müəyyən edilir. İdarəçinin idarəetməsində olan aktivlərin həcmi 10 000 000 manatdan artıq olduqda, idarəçi həmin məbləğdən hər bir 200 000 manata görə öz məcmu kapitalını artırılan məbləğin 0.625% həcmində artırmalıdır. Məcmu kapitalın artırılan hissəsi 2 000 000 manata çatdıqda məcmu kapitalın artırılması tələb olunmur.

“Capital Partners İnvestisiya Şirkəti” QSC-nin nizamnamə kapitalı 80 000 manatdan 400 000 manata qədər artırılıb.

Bununla da nizamnamə kapitalı  320 000 manat, yaxud 5 dəfə böyüdülmüş oldu.

Mərkəzi Bank bu investisiya şirkətinə lisenziya təqdim etdiyi halda, ölkədə bu sahədə çalışan şirkətlərin sayı 13-ə çatacaq.

Son xəbərlər
Digər xəbərlər