24 C
Baku
Thursday, September 11, 2025

Azərbaycanda investisiya şirkəti səhmdarına dividend ödəmək istəyir

“CPM-İnvest İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin növbədənkənar ümumi yığıncağı 13 oktyabr 2025-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, ev 102A, “City Point Baku” ünvanında keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə:

  1. Cəmiyyətin bölüşdürülməmiş mənfəətinin bir hissəsi hesabına dividendin ödənilməsi;
  2. Cəmiyyətin təşkilati, o cümlədən idarəetmə orqanlarına dair məsələlərinin müzakirəsi.

Yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda əldə etmək olar. Yığıncaqda iştirak etmək üçün səhmdarın şəxsiyyətini təsdiq edən sənəd (nümayəndə olduqda isə qanunvericiliklə təsdiq olunmuş qaydada etibarnamə) təqdim olunmalıdır.

“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2024-cü ili 168 min manat xalis mənfəət ilə başa vurub. 2023-cü ildə şirkət 1 milyon 642 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə 10 dəfəyə yaxın azalma deməkdir.

Xatırladaq ki, “CPM-Invest İ.Ş.” ASC 2022-ci ildən Mərkəzi Bankdan lisenziya əldə edib və 800 min manat nizamnamə kapitalı var.

Onun səhmlərinin 100.00% payla Kəmalə Məmmədova adlı fiziki şəxs sahiblik edir.

Son xəbərlər
Digər xəbərlər