12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda investisiya şirkətinin direktoru dəyişdiriləcək

“Plato Capital and Co. İnvestisiya Şirkəti” ASC Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı 02 may 2022-ci il tarixdə, saat 10-da, Bakı şəhəri, AZ1065, İzmir küçəsi 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Tauer 2, 6-cı mərtəbə ünvanında keçiriləcək.

Banker.az xəbər verir ki, gündəlikdə müzakirə olunacaq məsələlərə Səhmdar Cəmiyyətinin Direktorunun dəyişdirilməsi daxildir.

Bütün səhmdarlardan xahiş olunur ki, Ümumi Yığıncağın iclasında iştirak etmək üçün şəxsiyyət vəsiqələrini özləri ilə gətirsinlər. Şəxsən iştirak edə bilməyən səhmdarlar notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında nümayəndələri iştirak edə bilər. Bu halda, həmin şəxslərin öz şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Yığıncağın gündəliyi üzrə materiallarla Açıq Səhmdar Cəmiyyətinin idarə binasında tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər