18 C
Baku
Saturday, November 2, 2024

Azərbaycanda investisiya şirkətinin rəhbərliyində dəyişiklik

“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının üzvləri dəyişdirilib.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən İdris Məmmədov Elman oğlu və Əhməd Məmmədov Kavı oğlu Müşahidə Şurasının üzvlüyündən çıxarılıblar.

Onların yerinə yalnız bir təyinat gerçəkləşəcək. Tural Bayramov Bəşir oğlu Müşahidə Şurasının üzvü seçilib. Tural Bayramov 2024-cü ilin əvvəlinə qədər “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin direktoru idi

Hazırda “MFX-Trading İnvestisiya Şirkəti”nin Müşahidə Şurasına Anar Təhməzov Malik oğlu sədrlik edir.  Şirkətin icra orqanına direktor kimi Zahir Abdullayev Dunyamalı oğlu rəhbərlik edir.

Xatırladaq ki, “MFX-Trading İnvestisiya Şirkəti” ASC 2020-ci ildə təsis edilib və 1.11 mln. manat nizamnamə kapitalı var. Səhmdarı Samir Xəlilov Əlövsət oğludur (100%).

Son xəbərlər
Digər xəbərlər