8 C
Baku
Wednesday, January 8, 2025

Azərbaycanda investisiya şirkətinin rəhbərliyində təyinatlar olub

“Troni İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına və Audit Komitəsinə təyinatlar olub.

Banker.az xəbər verir ki, səhmdarların ümumi yığıncağının qərarına əsasən, Teymur Cəfərov Fərhad oğlu Müşahidə Şurasının üzvü seçilib. Teymur Cəfərov buna qədər şirkətin direktoru vəzifəsində çalışırdı.

Bununla da Müşahidə Şurasının üzvləri 1 sədr və 3 üzvdən ibarət olacaq.

Rauf Hüseynov Hüseynağa oğlu Audit Komitəsinin üzvü seçilib.

Xatırladaq ki, Troni İnvestisiya QSC Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) tərəfindən verilmiş IS-08 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Şirkətin 445 min manat nizamnamə kapitalının 100 faizi  Siyavuş Səfiyevə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər