Azərbaycanda bu ilin sonuna kimi “İnvestisiya Təşviqi Sənədi” aləti süni intellekt (Sİ) fəaliyyətinə şamil ediləcək.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, Sİ texnologiyalarının tətbiqi ilə bağlı dövlət dəstəyi tədbirlərinə dair normativ hüquqi aktların layihələrinin, süni İntellekt, innovasiya və yüksək texnologiya sahələri üzrə vergi, gömrük və sosial sığorta güzəştlərini nəzərdə tutan normativ hüquqi aktların layihələrinin hazırlanması, süni intellekt şirkətlərinin güzəştlərdən faydalanması üçün Elektron Müraciət Sisteminin (bir pəncərə) istifadəyə verilməsi planlaşdırılır.
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək.






