“CFİ Financial İnvestisiya Şirkəti” QSC-yə məxsus “AzFinance Asset Management” MMC də səhmdarı kimi rebrendinq edib.
Banker.az xəbər verir ki, “CFİ Asset Management” MMC kimi fəaliyyət göstərəcək.
İnvestisiya fondunun idarəçisi müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik hüquqi şəxsdir. İnvestisiya fondunun idarəçisi investisiya fondunu səhmdar investisiya fondu və ya pay sahibləri ilə bağlanılmış idarəetmə müqaviləsi əsasında səhmdarların və ya pay sahiblərinin maraqlarına uyğun olaraq idarə edir.
Xatırladaq ki, “CFİ Asset Management” MMC (2026-cı ilin əvvəlinə qədər “AzFinance Asset Management Şirkəti” ) 2014-cü ildə 150 000 manat nizamnamə kapitalı ilə təsis edilib.






