10 C
Baku
Friday, November 15, 2024

Azərbaycanda investorlar yarmarkası keçiriləcək

9 oktyabr 2015-ci ildə ölkədə keçiriləcək ən böyük tədbirlərindən biri olan İnvestorlar Yarmarkası keçiriləcək

Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) 2009-cu ildən etibarən  Azərbaycan  və ümumiyyətlə beynəlxalq səviyyədə mikromaliyyə sektorunun dinamik və dayanıqlı inkişafına töhfə verməkdə maraqlı olan üzvlər, investorlar, xidmət təminatçıları və digər maraqlı tərəflər arasında maliyyə vasitəçiliyi və biznes dialoqlarının təşviqi məqsədilə yeni üzvlük xidmətini- İnvesrtorlar Yarmarkasını təşkil etməyə başladı.

İnvestorlar Yarmarkasının əsas məqsədi üzvlər, investorlar/donorlar və xidmət təminatçıları və tərəfdaşlar arasında biznes dialoqlarının və əlaqələrin qurulması üçün forumun yaradılmasıdır. Burada iştirakçılar potensial biznes müştəriləri və partnyorları ilə tanış olmaq, yeni maliyyələşmə və əməkdaşlıq imkanları haqqında müzakirələr aparmaq imkanlarından faydalanacaqlar.

Bu il Yarmarka  bazar sistemini müəyyən edən və ümumi qaydalar  toplusunun  yaradılmasına yönələcəkdir.Milli valyutanın devalvasiyası ilə bağlı hazırkı vəziyyət  MMİ-lər və İnvestorların əksəriyyətində çaşqınlıq yaratmışdır. Bu sessiya bazar oyunçularının effektiv və məsuliyyətli maliyyə xidmətlərinin istifadəsində  yaranan əsas maneələrin və məhdudiyyətlərin aradan qaldırılmasına həsr ediləcəkdir.

İnvestorlar Yarmarkasının iştirakçıları həmçinin təsisçilər , strateji baxımdan maraqlı tərəflər və texniki xidmət təminatçıları ilə şəbəkələşmə və yeni əməkdaşlıq qurma imkanları əldə edəcəklər

Ayqustun 14-ə dək erkən qeydiyyatdan keçərək endirimli qeydiyyat haqqından yararlana bilərsiniz. Qeydiyyat artıq açıq elan olunmuşdur və amfa.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərsiniz. Əlavə məlumat üçün +994124371645 telefonu ilə əlaqə saxlaya bilərsiniz

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər