Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşlarının 0,6 mln. manatı və ya 0,009%-i maliyyə və sığorta fəaliyyəti ilə bağlı olub. Ötən ilin eyni dövründə isə bu göstərici 18,2 mln. manat və ya 0,2% təşkil edib.
“Report” rəsmi statistik rəqəmlərə istinadan xəbər verir ki, bu sahəyə investisiyaların həcmində ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin azalma müşahifə olunub. Müqayisəli qiymətlərlə əvvəlki ilin müvafiq dövrünə nisbətən sərmayə qoyuluşunun həcmi 77,1% azalıb.
Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6 769,6 mln. manat vəsait yönəldilib. Vəsaitin 5 653,8 mln. manatı və ya 83,5%-i məhsul istehsalı obyektləri, 836,9 mln. manatı və ya 12,4%-i xidmət sahələri üzrə obyektlərin, 278,9 mln. manatı və ya 4,1%-i isə ümumi sahəsi 767,7 min kv. metr olan yaşayış evlərinin tikintisinə sərf olunub.