Azərbaycanda iPhone 11 Pro almaq məqsədilə qazanc əldə etmək üçün 100,6 “iş günü” işləmək lazımdır. Bu barədə Picodi şirkətinin araşdırmasında qeyd edilir.
“Cənubi Qafqaz ölkələri arasında Gürcüstan liderdir. Son rəsmi məlumatlara əsasən, orta aylıq gəlir 1179,8 lari təşkil edib. Beləliklə, iPhone 11 Pro-nun dəyəri 82 “iş günü”nə bərabədir, bu da ötən ilin nəticəsindən 8 gün çoxdur. Azərbaycanda bunun üçün 100,6 gün tələb olunacaq (“təmiz” orta qazanc 563,6 manatdır), bu da ötən ilin göstəricisindən 21 gün azdır”, – araşdırmada bildirilir.
İnterfaks-Azərbaycan