4 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda ipoteka faizləri azala bilər, AMB sədri deyir

“Azərbaycanda bazar şərtləri ilə verilən ipoteka faizlərinin birrəqəmli olması üçün tədbirlər görülə bilər. Bu da iqtisadiyyatda gedən proseslərdən asılıdır”.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

O, həmçinin qeyd edib ki, cari ildə dedollarlaşma prosesi davam edib və fiziki şəxslərin əmanətlərinin dollarlaşması 3,8 faiz bəndi azalıb.

Bundan başqa, E.Rüstəmovun sözlərinə görə, ilin əvvəlindən sterilizasiya əməliyyatlarının həcmi 12%-dən çox azalıb: “Makroiqtisadi vəziyyət tələb etsə, biz bunu artıracağıq”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər