17 C
Baku
Tuesday, October 21, 2025

Azərbaycanda ipoteka faizləri enə bilər

Azərbaycanda ipoteka faizlərinin azalması mənzil alqı-satqı əməliyyatlarının sayını artıracaq və bazara daha çox iştirakçı cəlb edəcək.

Bu barədə iqtisadçı ekspert Vüqar Oruc bildirib.

Ekspert vurğulayıb ki, ipoteka faizləri ölkədəki iqtisadi proseslərdən, manatın dəyərindən və makroiqtisadi vəziyyətdən asılı olaraq müəyyənləşir. “Orta faiz dərəcəsi ölkədə hansı səviyyədədirsə, ipoteka kreditlərinin ödəniş faizləri də ona yaxın olur. Ölkə iqtisadi cəhətdən inkişaf etdikcə faizlər də aşağı düşür,” – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, əvvəlki illərdə ipoteka faizləri təxminən 10% civarında idisə, hazırda 9-7%-ə qədər enib. Onun sözlərinə görə, ölkənin iqtisadi inkişafı davam etdikcə faizlərin yaxın gələcəkdə daha da aşağı düşməsi gözlənilir.

MənbəBAKU.WS
Son xəbərlər
Digər xəbərlər