18 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda ipoteka kreditlərinə tələb azalıb [sorğu]

2023-cü ilin III rübü üzrə sorğu nəticələrinə əsasən ipoteka kreditləri üzrə standartlarda dəyişikliklərin olmasa da, tələbdə azalma müşahidə edilib.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankın Kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrinə istinadən xəbər verir.

İpoteka kreditləri üzrə standartlar daxili ipoteka kreditlərində olduğu kimi İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) hesabına verilən kreditlərdə də dəyişməz qalsa da, İKZF hesabına verilmiş ipoteka kreditləri üzrə tələb son rübdə azalmışdır.

Banklar növbəti rübdə ipoteka kreditləri üzrə kredit standartlarında yumşalmaların artacağını, kredit tələbində isə əhəmiyyətli dəyişiklik olmayacağını gözləyirlər.

Sorğu nəticələrinə əsasən cəmi istehlak kreditləri üzrə kredit standartlarında yumşalma son rüb ilə müqayisədə azalsa da, kredit karları üzrə kredit standartlarında yumşalma artmışdır.  Sektorda istehlak kreditləri üzrə tələb yüksək olaraq qalmaqdadır.

2023-cü ilin cari rübündə kredit kartları və əməkhaqqı kreditləri üzrə tələb artmış, məişət avadanlıqları üzrə tələb isə azalmışdır. Banklar növbəti rübdə kredit kartları üzrə tələbin artması fonunda istehlak kreditləri üzrə tələbin artacağını proqnozlaşdırırlar.

Son xəbərlər
Digər xəbərlər