Bu il yanvarın 1-nə Azərbaycanda ipoteka kreditləşməsinin regionlar üzrə təsnifatı açıqlanıb.
Hesabat dövrünə ölkədə tələbdən artıq girov qoymanı istisna etmədən ipoteka kreditlərinin ümumi həcmi illik müqayisədə 11,4 % artaraq 3 milyard 301,229 milyon manata çatıb.
İpoteka kreditlərinin 90,6 %-i və ya 2 milyard 989,381 milyon manatlıq hissəsi Bakının payına düşüb ki, bu da, illik müqayisədə 12,1 % çoxdur.
İpoteka kreditlərinin 5,2 %-i və ya 171,044 milyon manatı Sumqayıtın, 2,1 %-i və ya 67,830 milyon manatlıq hissəsi Gəncənin, 2,2 %-i və ya 72,974 milyon manatlıq hissəsi isə digər regionların payına düşüb. Bu da, illik müayisədə müvafiq olaraq 3,4 % az, 11,3 % çox və 27,4 % çoxdur.