9 C
Baku
Monday, November 18, 2024

Azərbaycanda ipoteka qeydiyyatı 61% artıb

2022-ci ilin may ayı ərzində hüquqların qeydiyyatı ilə bağlı aparılmış bir sıra əməliyyatlara dair göstəricilər açıqlanıb.

Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, hesabat dövründə texniki pasport qeydiyyatının sayı ötən ilin may ayı ilə müqayisədə 27.2% artaraq 23 179 olub. Həmçinin, cari ilin may ayında 5 749 ipoteka qeydiyyatı aparılıb ki, bu da 2021-ci ilin may ayı ilə müqayisədə 60.8% çoxdur.

Dövlət Xidmətindən verilən məlumata əsasən, bu il may ayında ötən ilin analoji dövrü ilə müqayisədə 24.9% çox – 447 icarə və istifadə hüququnun qeydiyyatı aparılıb.

Hesabata əsasən, 2022-ci ilin may ayı ərzində hüquqların qeydiyyatı ilə bağlı aparılmış bir sıra əməliyyatlarda müxtəlif arayışlar üzrə 71.9%-lik artım qeydə alınıb – onların sayı 69 502 olub.

Son xəbərlər
Digər xəbərlər