“Yerin təki haqqında” qanun yenidən hazırlanıb.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova deyib.
O bildirib ki, bu məsələ ilə bağlı İşçi komissiya formalaşdırılıb və beynəlxalq təcrübə öyrənilərək qanun yenidən hazırlanıb.
Şöbə müdirinin sözlərinə görə, yeni variantda sahibkarlarla bağlı məsələlərin həlli istiqamətində ciddi dəyişikliklər edilib: “Hərracla bağlı münasibətlər də daha detallı əks edilib. Eyni zamanda, vərəsəlik məsələləri də ək olunub”.
O qeyd edib ki, iqlimlə bağlı yeni qanun layihəsi hazırlanır: “2030-cu ilə qədər qaz emissiyalarının azaldılması və 2050-ci ilə qədər işğaldan azad edilmiş ərazilərdə sıfır emissiya prinsipi öhdəlik olaraq qəbul edilib. Azərbaycan qanunvericiliyinin bu prinsiplərə implementasiyası, mövcud qanunvericilik çərçivəsində yeni qanunun formalaşması artıq labüddür”.