6 C
Baku
Sunday, December 15, 2024

“Azərbaycanda iqtisadi artım potensialı 4 %-ə çata bilər”

“Azərbaycan və Dünya Bankı (DB) mövcud iqtisadi problemlərə qarşı mübarizədə fəal əməkdaşlıq edir”.

Bunu Dünya Bankının baş iqtisadçısı Ayhan Kose Bakıda keçirilən “Azərbaycan: Dəyişən qlobal iqtisadiyyatda inkişaf perspektivləri” adlı forumda deyib.

A.Kose Azərbaycanda iqtisadi artım potensialının 2-2.5 % olduğunu və bunun 4 %-ə çata biləcəyini qeyd edərək, qeyri-neft sektorunun inkişafının vacibliyini vurğulayıb.

Onun sözlərinə görə, Dünya Bankı dünyada pərakəndə satış şəbəkələrinə ərzaq məhsullarının tədarükündə yaranan fasilələrdən narahatdır.

O bildirib ki, 2022 və 2023-cü illərdə dünyanı çətin dövr gözləyir: “Artıq güclü inflyasiya müşahidə olunur və bu, daha da arta bilər. Hələ bu ilin yanvarında, yəni Ukraynada müharibə başlamamışdan qabaq demişdik ki, koronavirus pandemiyasından əvvəlki göstəricilərə qayıtmaq imkanı var. Amma müharibə səbəbindən bu fürsət pəncərəsi bağlanır”.

Dünya Bankının baş iqtisadçısı əlavə edib ki, 2022-ci ildə qlobal iqtisadi artım 3 % təşkil edə bilər: “Gələcəkdə qlobal iqtisadi artım tempi bir çox amillərə görə aşağı düşəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər