-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda iqtisadi artım sürətləndi

2022-ci ilin yanvar-aprel aylarında ölkədə 39 milyard 554.8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Bu da və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7.2 faiz çox olub. Bu öncəki ayaqədər – yanvar-mart aylarında 6.8% idi.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.2 faiz, qeyri neft-qaz sektorunda isə 11.4 faiz artmışdır.

ÜDM istehsalının 54.8 faizi sənaye, 7.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi tikinti, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1.4 faizi informasiya və rabitə, 1.3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14.5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7.9 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 938.4 manata bərabər olmuşdur.

Son xəbərlər
Digər xəbərlər