1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda iqtisadi artım tempi martda zəifləyərək 4%-ə düşüb

2024-cü ilin yanvar-mart aylarında ölkədə 29 milyard 96.8 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4.0 faiz çoxdur. İqtisadi artım tempi fevralda 5% idi.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.4 faiz, qeyri neft-qaz sektorunda isə 6.7 faiz artmışdır.

ÜDM istehsalının 39.3 faizi sənaye, 9.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6.8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5.9 faizi tikinti, 2.9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.7 faizi informasiya və rabitə sahələrinin, 20.4 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10.9 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 2 856.5 manata bərabər olub.

Son xəbərlər
Digər xəbərlər