Azərbaycanda işsiz əhalinin 58 faizi qadınlar təşkil edib ki, bu da qadın işsizlərin pandemiyadan öncə qeydə alınmış rəqəmlərdən xeyli yuxarıdır.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin 1 yanvar 2022-ci il üzrə açıqladığı işsizlərin siyahısında bildirir.
Bildirir ki, 2022-ci ilin əvvəlinə Azərbaycanda 315.7 min şəxs işsiz olub. Bunun 182.1 mini qadınlar və 133.6 mini isə kişilər təşkil edib.
Bir il öncə isə Azərbaycanda 375.9 min işsizdən 216 mini qadınlar təşkil edib.
Azərbaycanda pandemiyadan (2022-ci ilin 2020-ci ilin əvvəlinə nisbəti) bu tərəfə işsizlik səviyyəsi kişilərdə 22.2% artdığı halda, qadınlarda 23.1% artıb.
Bununla da qeyd edilən tarixə, qadın iqtisadi fəal olan 2 mln. 590.2 min əhalinin 7.00%-nin işsiz olması anlamına gəlir. Kişilərdə isə bu səviyyə 4.9%-dir. Qadınlar üzrə işsizlik səviyyəsi ən yuxarı 2020-ci ili sonu, yaxud 2021-ci ilin əvvəlinə qeydə alınıb. 2 mln. 567.5 min qadından 216 min nəfəri işsiz olub ki, bu da 8.4% işsiz anlamına gəlir. Həmin dövrdə respublika üzrə işsizlik 7.2% təşkil edirdi və bunun da cəmi 6.0%-i kişilər idi.
Qadınlar üzrə işsizlik səviyyəsinin artımını dəstəkləyən əsas məsələrdən biri də iqtisadi fəal olan qadın əhalinin kişilərdən daha sürətli artmasıdır. Bu dinamika son iki ildə kişilərdə 1.9% olduğu halda, qadınlarda 2.5% olub.
Min nəfər