14 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda iqtisadi islahatlarla bağlı ictimaiyyətin təklifləri öyrənilir

Azərbaycan Prezidentinin İqtisadi İslahatlar üzrə Köməkçisi Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) onlayn qaydada sorğu keçirir.

Sorğunun keçirilməsində məqsəd Azərbaycanda aparılan iqtisadi islahatlarla bağlı ictimai rəy və yeni islahat təklifləri ilə bağlı fikirlərin öyrənilməsidir.

İslahatların inklüzivliyini, əhatəliliyini və səmərəliliyini daha da artırmaq üçün ilk sorğuda aşağıdakı suala dair təklifləri 10 gün müddətində bildirmək xahiş olunur: “Azərbaycan Respublikasının vergi qanunvericiliyində və inzibatçılığında hansı dəyişikliklərin edilməsini təklif edərdiniz?”

Sorğuda mülkiyyət növündən və təşkilatı-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslər, fərdi sahibkarlar və vətəndaşlar iştirak edə bilər. Təkliflər İİTKM-nin internet saytında aşağıdakı link vasitəsilə çatdırıla bilər: http://iqtisadiislahat.org/online-application.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər