13 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda iqtisadiyyat artıb

Hər adama 5604,2 manatlıq əlavə dəyər istehsal olunub.

Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) istehsalı 2013-cü ilin yanvar-noyabr ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 52,1 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ÜDM-in 46,5%-i sənaye sahələrində, 11,7%-i tikinti kompleksində, 5,3%-i kənd təsərrüfatında, 5,4%-i nəqliyyatda, 9,2%-i ticarət və pullu xidmət sahələrində, 1,7%-i rabitədə, 13,9-i digər sahələrdə istehsal olunub.

Əhalinin hər nəfərinə 5 604,2 manatlıq (7 142,8 ABŞ dolları) əlavə dəyər istehsal olunub.

Qeyd edək ki, ÜDM istehsalı qeyri-neft sektorunda 9,5%, neft sektorunda isə 1,3% artıb.

Apa.az

Son xəbərlər
Digər xəbərlər