10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda iqtisadiyyatın əsas sahələri üzrə biznes inam indeksi yüksəlib

Bu ilin yanvar ayında Azərbaycanda sənaye sektoru üzrə biznes inam indeksi 19,1 bənd təşkil edib.

Bu, ötən ilin dekabr ayı ilə müqayisədə 5,2 bənd çox, ötən ilin yanvar ayına nisbətən isə 8,6 bənd çoxdur.

Ötən ay tikinti sektoru üzrə biznes inam indeksi isə aylıq müqayisədə 1,5 bənd, illik müqayisədə isə 29,2 bənd artaraq -21,8 bənd olub.

Yanvarda ticarət sektoru üzrə biznes inam indeksi dekabrla müqayisədə 10,7 bənd, ötən ilin yanvar ayına nisbətən isə 25,9 bənd artaraq 16,2 bənd təşkil edib.

Və nəhayət hesabat dövründə xidmət sektoru üzrə biznes inam indeksi 12,8 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 0,2 bənd, illik müqayisədə isə 10,3 bənd çoxdur.

©Report

Son xəbərlər
Digər xəbərlər