8 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda İranın yük maşınlarının vergidən azad edilməsi təklif olunur

İran və Azərbaycan ticarətdəki maneələri, o cümlədən Azərbaycan ərazisindən keçən İranın yük maşınlarına tətbiq edilən vergini aradan qaldırmaq üçün yollar axtarır.

Bunu İranın yolların və şəhərlərin inkişafı naziri Rüstəm Qasemi deyib.

Onun sözlərinə görə, sözügedən məsələ İranda hazırda rəsmi səfərdə olan Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə müzakirə edilib.

R.Qasemi Ş.Mustafayevlə iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsini, bir sıra iqtisadi məsələləri müzakirə edib: “Biz İran yük maşınlarına tətbiq edilən vergiləri və iki ölkə arasında nəqliyyat əlaqələrinin asanlaşdırılması məsələsinə baxacağıq. Ş.Mustafayevlə tətbətək görüşdə Azərbaycanda İranın yük maşınlarına tətbiq edilən verginin aradan qaldırılması mövzusunu qaldıracağam”.

Ş.Mustafayev İranın yolların və şəhərlərin inkişafı naziri ilə keçirilən görüşündən sonra bildirib ki, Bakı İranla bütün iqtisadi sahələrdə əlaqələri genişləndirməkdə maraqlıdır.

O qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanla İran arasında energetika sahəsində əməkdaşlıq genişləndirilə bilər, o cümlədən ortaq neft və qaz layihələri icra edilə bilər.

Xatırladaq ki, Azərbaycanın Baş naziri Şahin Mustafayevin İrana səfəri çərçivəsində iki ölkə arasında bu gün İran-Azərbaycan Birgə İqtisadi Komissiyasının iclası keçirilib.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,9 % artaraq 293,265 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsində Azərbaycanın İrana ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,9 % azalaraq 21,057 milyon ABŞ dolları, idxalı isə 29,4 % artaraq 272,208 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər