“Gilan Holding” MMC-nin Qəbələdəki heyvandarlıq kompleksi olmuş “Aqro Kompleks Qəbələ” Məhdud Məsuliyyətli Cəmiyyəti cərimələnir.
Banker.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə protokolu tərtib edilərək Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim Azər Tağıyevdir.
İXM-nin 464-cü maddəsində “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə cərimlənirlər. Hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, “Aqro Kompleks Qəbələ” MMC 2011-ci ildə yaradılıb və 29 369 470 manat nizamnamə kapitalına sahibdir, qanuni təmsilçisi Mahir Bayramovdur.