Azərbaycanın şimal bölgəsində fəaliyyətdə olan “Yalama Aqropark” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru dəyişdirilib.
Banker.az xəbər verir ki, Elman Orucov şirkətin direktoru təyin edilib.
O bu vəzifədə Mailov Rauf Afik oğlunu əvəz edib.
Aqropark ölkənin ağartı məhsulları istehsalçısı “Milla Dairy” MMC-nin (əvvəlki adı “AZ FP CO LTD” MMC) strukturundadır.
“Yalama Aqropark”ın 27.2 milyon manat nizamnamə kapitalı var, Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşir. Aqropark daxilində cins heyvandarlıq kompleksi, qarışıq yem və süd emalı zavodları, istixana kompleksi, intensiv bağçılıq təsərrüfatları var.