Azərbaycanda iri inşaat şirkətinin rəhbəri dəyişdirilib

“Avant Group” Mənzil Tikinti Kooperativi  nin rəhbərliyində dəyişiklik olub.

Banker.az xəbər verir ki, Cəmşid İbrahimov Əhməd oğlu şirkətin direktoru təyin edilib.

O bu vəzifədə Kamran Kazımlı Rizvan oğlunu əvəz edib.

Cəmşid İbrahimov bunda qədər şirkətin daxili audit xidməti və Quba Palace Hotelinin İdarə Heyətinin üzvü idi.

Xatırladaq ki, “Avant Group” 2012-ci ildə təsis edilib və 1 000 100 manat nizamnamə kapitalı var. Şirkətin Direktorlar Şurasının sədri Əli Hüseynovdur.

Son xəbərlər
Digər xəbərlər