Azərbaycanda İrlandiyanın viski brendindən qanunsuz istifadə olunduğu iddia olunur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) bununla bağlı şirkətə qarşı iş qaldırılıb.
Banker.az xəbər verir ki, bununla bağlı “BM Morrison Partners” şirkətinin partnyoru Leyla Səfərovanın təşəbbüsü ilə “Kristall Plus” QSC-yə qarşı iş qaldırılıb.
Bildirilir ki, “Irish Distillers İnternational Limited” şirkətinə məxsus “JAMESON” əmtəə nişanından “Kristall Plus” QSC tərəfindən qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol vermə əlamətləri aşkar edilib.
Ona QSC-yə qarşı qaldırılan iş “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin dördüncü abzasının və 9-cu maddəsinin ikinci abzasının tələblərinin pozulması əlaqəlidir.
İşə 11.07.2023-cü il tarixində baxılacaq.