Azərbaycanda işə götürülmüş əcnəbi vətəndaşların sayı açıqlanıb və bu öncəki illərdən xeyli yuxarıdır.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin 1 yanvar 2022-ci il üzrə açıqladığı işsizlərin siyahısında bildirir.
Cari ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 7 698 nəfər haqqı ödәnilәn әmәk fәaliyyәti ilә mәşğul olmaq üçün verilmiş vә müddәti uzadılmış iş icazәlәrinin әcnәbilәr olub. Bu da illik müqayisədə 46% yuxarıdır.
Azərbaycanda ən çox çalışan Türkiyə vətəndaşlarıdır. Türkiyədə gəlib, öıləmizdə işə götürülənlərin sayı illik müqayisədə 2.2 dəfə (122%) artmaqla 4 504 nəfər olub.
İkinci sırada olan Böyük Britaniyadır və onların sayı illik müqayisədə 4% azalaraq 615 nəfərə düşüb. Sonrakı pillədə yerləşən hindistanlıların sayı 32% artmaqla 387 nəfərə yüksəlib.
Ümumiyyətlə xaricdən gəlib Azərbaycanda çalışanlar əsasən bu sektorda çalışır: 3 969 nəfəri tikinti, 988 nəfəri mədənçıxarma, 543 nəfəri emal sənayesində.
Həmin şəxslərin 6250 nəfərinin yaşı 30-59 yaş aralığında olub.
Cəmi ölkədə əcnəbi olan 797 nəfər qadın işçi var.