24 C
Baku
Saturday, July 5, 2025

Azərbaycanda iş görən Kanada şirkəti kapital bazarında səhm yerləşdirir

Azərbaycanın quruda yerləşən “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqları blokunun işlənməsi ilə məşğul olan Kanadanın “Zenith Energy” şirkəti aprelin 2-də elan olunan səhm yerləşdirilməsi ilə bağlı Kanada Birjasından (TSX-V- Canadian Stock Exchange) şərti razılıq alıb. Bu barədə şirkət məlumat yayıb.

Bildirilib ki, Birjadan yekun razılığın alınması gözlənilir.

Qeyd edək ki, “Muradxanlı-Cəfərli-Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında (PSA) saziş 2016-cı il martın 16-da Bakıda SOCAR və “Zenith Aran Oil Company Ltd.” şirkətləri arasında imzalanıb. Saziş Azərbaycan Milli Məclisi tərəfindən iyunun 14-də ratifikasiya olunub. Yataqlardan hasilat avqustun 11-də başlanıb.

“Zenith” şirkəti 80%-lik, bütünlükdə SOCAR-a məxsus ortaq neft şirkəti isə 20%-lik iştirak payına malikdir. Saziş 25 il müddətində qüvvədə olacaq, sazişin əlavə olaraq 5 il uzadılması ehtimalı da nəzərə alınıb. Yataqların ümumi sahəsi 642,4 kv. km ərazini əhatə edir.

Son xəbərlər
Digər xəbərlər