0 C
Baku
Thursday, February 20, 2025

Azərbaycanda işçi icazəsi alan əcnəbilərin sayı keçən il azalıb

2024-cü ilin sonuna Azərbaycan ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin şəxslərin sayı  illik müqayisədə azalıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 8 141 nəfər əcnəbi şəxsə bu növdə icazə verilib.

2023-cü ildə bu rəqəmin 9 438 nəfər əcnəbi şəxslər təşkil edirdi. Bu da əcnəbilərin Azərbaycanda əmək fəaliyyəti icazəsi üçün müraciətlərinin sayının 14 faiz azalması deməkdir.

2024-cü ildəki icazə verilən əcnəbilərdən 34.7 faizi tikintidə, 9.8 faizi mədənçıxarma sənayesində, 9.3 faizi emal sənayesində, 8.6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 6.1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5.4 faizi təhsil və 26.1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olmuşdur.

Son xəbərlər
Digər xəbərlər