0 C
Baku
Thursday, February 20, 2025

Azərbaycanda işçilər ən çox və ən az hansı sahələrdə işləyirlər? – Siyahı

2024-cü ilin ilkin məlumatlarına əsasən, bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 148.9 saat təşkil edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

2023-cü ilin ilkin məlumatlara əsasən bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149.2 saat (- 0.3 saat) olub.

Azərbaycanda ən çox işləyənlər dövlət idarəetməsi və müdafiə, həmçinin sosial təminat sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahələrin işçiləri ay ərzində orta hesabla 157.1 saat işləyirlər ki, bu da əvvəlki illə müqayisədə 0.3 saat çox olub.

İqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarının müqayisəsini təqdim edirik:

Bir işçiyə düşən orta aylıq işlənmiş
iş saatlarının miqdarı
İqtisadi fəaliyyət növləri 2024 2023 İllik müqayisə
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 151.1 151.4 -0.3
Mədənçıxarma sənayesi 147.2 148.5 -1.3
Emal sənayesi 147.9 148.4 -0.5
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 152.9 154.2 -1.3
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 154.6 154.7 -0.1
Tikinti 154.6 152.6 2
Ticarət; nəqliyyat vasitələrinin təmiri 155.2 154.7 0.5
Nəqliyyat və anbar təsərrüfatı 144.7 145.7 -1
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 153.9 151.8 2.1
İnformasiya və rabitə 146.9 149.1 -2.2
Maliyyə və sığorta fəaliyyəti 152.4 152.9 -0.5
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 144.7 145.6 -0.9
Peşə, elmi və texniki fəaliyyət 143.6 144.4 -0.8
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 150.9 152.5 -1.6
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 157.1 156.8 0.3
Təhsil 140.6 141.8 -1.2
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 142.2 142.8 -0.6
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 152.1 153 -0.9
Digər sahələrdə xidmətlərin göstərilməsi 140.6 141.1 -0.5
Son xəbərlər
Digər xəbərlər