Azərbaycanda işsizlik səviyyəsi ötən ay sabit qalsa da, iş saatları əvvəlki illərlə nisbətdə artığı müşahidə edilir.
Banker.az xəbər verir ki, 2026-cı il martın 1-i vəziyyətinə ilkin məlumatlara görə, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 385.7 min nəfərə çatıb. Onların 5 milyon 105.9 mindən çoxunu məşğul əhali təşkil edib ki, bu da əmək bazarında aktivliyin yüksək səviyyədə qaldığını göstərir.
İlkin məlumatlarda işsizlik səviyyəsi 5.2 faizdə qalıb ki, bu da təqribən 6 aylıq sabit dinamikadır. Ölkədə 279.8 min işsiz var.
Hər nəfərə düşən aylıq əmək haqqı 2026-cı ilin fevralında 1 103,8 manat olaraq illik 3.8% artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Fevralın 1-nə olan vəziyyətə əsasən, muzdla çalışan işçilərin sayı 1.78 milyon nəfər olub. Onların təxminən yarısı dövlət sektorunda, qalan hissəsi isə qeyri-dövlət sektorunda çalışır.
Məşğulluğun strukturu göstərir ki, işçilərin əhəmiyyətli hissəsi xidmət sahələrində fəaliyyət göstərir. Ən böyük pay ticarət və nəqliyyat vasitələrinin təmiri, təhsil və səhiyyə sektorlarının üzərinə düşür. Bununla yanaşı, istehsal sahələri, o cümlədən emal sənayesi və tikinti də məşğulluqda nəzərəçarpacaq yer tutur.
Eyni zamanda, 2026-cı ilin yanvar ayında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 147.1 saatdan bir qədər çox olub. Yanvarda bu rəqəm 149.5 saat olsa da, keçən ilin eyni dövründə 142.3 saat olub.
Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı martın əvvəlinə 250 mindən çox təşkil edib. Öncəki ayda bu göstəici 245.6 min nəfər olmuşdu. Onların yarıdan bir qədər çoxu qadınlardır. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği isə 460 manatdan artıq olub.






