Azərbaycanda işçilərin yalnız 8,7%-nə 2 min manatdan çox maaş hesablanıb

Azərbaycanda yüksək əməkhaqqı alan işçilərin ümumi muzdlu işçilər arasında payı hələ də nisbətən aşağıdır.

Banker.az-ın məlumatına əsasən, 2025-ci ilin noyabrında tam ay işləyənlərin 8,7%-nə 2 001 manat və daha yüksək əməkhaqqı hesablanıb.

Sahələr arasında ciddi fərq var. Mədənçıxarma sənayesində işçilərin 47,5%-nin, maliyyə və sığorta sektorunda 38,9%-nin, dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində isə 27,2%-nin əməkhaqqı 2 min manatdan yüksək olub.

İnformasiya və rabitə sahəsində bu göstərici 20,2%, peşə, elmi və texniki fəaliyyətdə 18,1%, nəqliyyat və anbar təsərrüfatında 16,8% təşkil edib.

Təhsil sahəsində isə 2 min manatdan çox əməkhaqqı hesablananların payı cəmi 2,3% olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər