Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən qarışıq maliyyə risklərinin sığortası (işin dayanması ilə bağlı risklərdən sığorta) üzrə 2020-ci ilin yanvar-aprel ayı ərzində 2 min manat həcmində sığorta haqqı yığılıb. Bu il bu növ sığorta üzrə 13,2 min manat sığorta ödənişi həyata keçirib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
AMB-nin məlumatına əsasən, 2019-cu ildə bu sığorta növü şirkətlərin toplam sığorta haqları 2,9 min manat təşkil edib. Həmin il ərzində heç bir ödəniş həyata keçirilməyib.
Belə ki, cari ilin 4 ayında ötən ilin müvafiq dövrüylə müqayisədə işin dayanması ilə bağlı risklərdən sığorta üzrə sığorta haqları 31% azalıb.