7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda işləmək üçün icazə alan əcnəbilərin sayı 35% artıb

2022-ci ilin birinci rübünün sonuna Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 998 nəfər olub.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

Bu da 2021-ci ilin birinci rübü ilə müqayisədə 35% artımdır.

Ötən ilin birinci rübündə də 1 480 nəfər idi.

Onlardan 56.7 faizi tikintidə, 10 faizi mədənçıxarma sənayesində, 6.2 faizi emal sənayesində, 5.6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3.9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3.3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi və 14.3 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

Son xəbərlər
Digər xəbərlər