24 C
Baku
Thursday, April 24, 2025

Azərbaycanda işsizlərin sayı açıqlanıb

2025-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara görə ölkədə işsizlərin sayı 283.2 min nəfər, işsizlik səviyyəsi isə 5.33 faiz təşkil edib. Bir ay öncə işsizlərin sayı 282.8 min nəfər, 5.32 faiz olmuşdu.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Göstəricilərə əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 316.0 min nəfər olmuş, onlardan 5 milyon 32.8 min nəfərini məşğul əhali təşkil etmişdir.

Cari il martın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 758.8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 878.5 min nəfər, qeyri-dövlət sektorunda isə 880.3 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1727.3 min nəfər çalışmışdır.

23434234324232 scaled

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22.5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.5 faizi emal sənayesində, 6.5 faizi tikintidə, 2.7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2.3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1.8 faizi mədənçıxarma sənayesində, 1.7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 18.7 faizi təhsil, 18.6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.9 faizi peşə, elmi və texniki fəaliyyət, 3.5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3.0 faizi istirahət, əyləncə və incəsənət, 2.3 faizi maliyyə və sığorta fəaliyyəti, 1.9 faizi informasiya və rabitə, 1.1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1.1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.

Son xəbərlər
Digər xəbərlər