27 C
Baku
Friday, June 13, 2025

Azərbaycanda işsizlərin sayı açıqlanıb

2025-ci il mayın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən ölkədə cəmi 283.7   min şəxs işsiz qeydə alınıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İşsizlik səviyyəsi apreldə 5.3%-də sabit qalıb.

Qeyd edilir ki, iqtisadi fəal əhalinin sayı 5 milyon 323,3 min nəfər olmuş, onlardan 5039,6 min nəfərini məşğul əhali təşkil edib.

Cari il aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1774,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,1 min nəfər, qeyri-dövlət sektorunda isə 894,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1743,4 min nəfər çalışır.

7876887867 scaled

Son xəbərlər
Digər xəbərlər