13 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycanda işsizlik səviyyəsi ən yüksək olan rayonlar hansıdır? – SİYAHI

Azərbaycanda 1 yanvar 2022-ci il tarixinə ölkədə işsizlik səviyyəsi 6% olub.

Bunu Banker.az Dövlət Statistika Komitəsinin açıqlamasına istinadən xəbər verir.

Respublika üzrə 6% olsa da 19 şəhər və rayonda bu göstəricidən xeyli, hətta birində iki dəfə yuxarıdır. Ölkənin ən çox işsiz olan inzibati vahidlərindən ilk üçlüyü şəhərlər qapadır.

Azərbaycanda işsizlik səviyyəsi rəsmi olaraq ən yüksək Mingəçevirdə qeydə alınıb. Energetika şəhərinin iqtisadi fəal əhalisinin 11.1% işsiz sayılır.

İkinci sırada Naftalan 10.8% ilə qərarlaşıb. Üçüncü sırada isə 8.5% ilə Şirvan şəhəri qeydə alınıb.

Azərbaycanın ən işsiz yeri Naxçıvandır. Burada iqtisadi fəal əhalinin 0.1%-i işsiz kimi rəsmiləşib və cəmi 300 nəfər işsizdir

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, işsiz şəxs – işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs.

 

3242343242344323

Son xəbərlər
 ⁠
Digər xəbərlər