28 C
Baku
Friday, June 20, 2025

Azərbaycanda işsizlik səviyyəsi mayda 5.3%-də sabit qalıb – rəsmi

Azərbaycanda 2025-ci ilin 1 iyuna olan işsizlərin sayı 282.9 min nəfər olmaqla son ayda 800 nəfər azalıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Öncəki ayda işsizlərin sayı 283.7 min nəfər olmuşdu.

Bununla da işsizlik səviyyəsi yuvarlaq olaraq 5.3%-də sabit qalıb ki, bu da 2024-cü ilin avqustundan bu tərəfə sabit qalması deməkdir.

DSK bildirir ki, ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 332.6 min nəfər olmuş, onlardan 5 milyon 49.7 min nəfərini məşğul əhali təşkil edir.

Cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 771.7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 876.3 min nəfər, qeyri-dövlət sektorunda isə 895.4 min nəfərdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 740.5 min nəfər çalışıb.

76777 scaled

Son xəbərlər
Digər xəbərlər