23 C
Baku
Sunday, August 24, 2025

Azərbaycanda işsizlik səviyyəsi bir ildir ki, 5.3%-də sabitdir – RƏSMİ

2025-ci il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən Azərbaycanda işsizlik nisbəti 5.3 faizdə yuvarlaq olaraq qalsa da, kiçik azalma qeydə alınıb. Artıq bir ildir ki, işsizlik səviyyəsi 5.4 faizdən aşağıdır.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadi fəal əhalinin sayı 5 milyon 355.4 min nəfər olmuş, onlardan 5 milyon 74.2 min nəfərini məşğul əhali təşkil etmişdir.

Cari il iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 770.8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 864.2 min nəfər, qeyri-dövlət sektorunda isə 906.6 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 31.2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 739.6 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22.9 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7.7 faizi emal sənayesində, 6.7 faizi tikintidə, 2.7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 2.4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1.8 faizi mədənçıxarma sənayesində, 1.6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

Xidmət sahəsində işləyənlərin 18.8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18.3 faizi təhsil, 8.5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.2 faizi nəqliyyat və anbar təsərrüfatı, 4.1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3.9 faizi peşə, elmi və texniki fəaliyyət, 3.7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.9 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 2.3 faizi maliyyə və sığorta fəaliyyəti, 1.9 faizi informasiya və rabitə, 1.1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1.1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.32432423

Son xəbərlər
Digər xəbərlər