6 C
Baku
Sunday, January 12, 2025

Azərbaycanda istehlak kreditlərində sərtləşmə müşahidə edilir

2024-cü ilin III rübündə Azərbaycanda cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın təqdim etdiyi cari ilin III rübü üzrə Kreditləşmə fəaliyyətinə dair sorğu nəticələri açıqlanıb.

Bildirilir ki, banklar sorğuda  əməkhaqqı kreditləri üzrə kredit standartlarında yumşalma olduğunu bildiriblər.

Sorğudakı respondentlər cari ilin  IV rübündə əmək haqqı kreditləri üzrə standartlarda yumşalmanın davam edəcəyini və kredit kartları üzrə standartlarda heç bir dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən faiz dərəcələrinin artımı fonunda  ümumi istehlak kreditlərinə tələb cüzi azalmışdır. İştirak edən respondentlərin cavablarına görə azalma əsasən kredit kartları hesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə xüsusilə, kredit kartlarına tələbdə artım olacağını proqnozlaşdırırlar.

Sorğu nəticələrinə əsasən istehlak  kreditləri üzrə bankın likvidlik mövqeyi  və maliyyələşmə dəyəri kredit standartlarına sərtləşdirici təsir edib. İstehlak kreditləri üzrə standartlarda dəyişiklik əsasən faiz dərəcələrinin artımı hesabına baş verib.

Kreditləşmə fəaliyyətinə dair sorğunun cari ilin III rüb üzrə nəticələrinə əsasən respondent bankların 75%-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 25%-i isə orta dərəcədə artım olduğunu bildirib. Cari ilin əvvəlki rübü ilə müqayisədə 2024-cü ilin III rübündə əhalinin borclanma səviyyəsi üzrə uzunmüddətli diffuziya indeksində heç bir dəyişiklik olmayıb.

i1

Son xəbərlər
Digər xəbərlər