Mərkəzi Bank məlumat yaydı.
Ötən il Mərkəzi Bank istehlak kreditlərinin ümumi kredit portfelində həcmini azaltmaq üçün bir sıra qadağalar tətbiq etdi.
Həmin qadağaların təsiri nəticəsində istehlak kreditlərinin artım tempi ötən illə müqayisədə 1.9 dəfə azalaraq 19%-ə, ipoteka kreditləri istisna olmaqla 11%-ə enib, avtomobil kreditlərinin mütləq həcmi 31% azalıb.
Bu barədə Mərkəzi Bankın 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.
Məlumatda qeyd olunur ki, istehlak kreditlərinin kredit portfelində payı Avropa Yenidənqurma və İnkişaf Bankı ölkələrin orta göstəricilərindən aşağıdır. İnkişaf etmiş ölkələrdə isə istehlak kreditlərinin portfeldə payı 50% və daha yuxarıdır.
Xatırladaq ki, ötən il tətbiq olunmuş qadağa müştərinin iş yerindən arayış olmadan ona istehlak krediti verilməməsi ilə bağlı idi və avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulmuşdu.
Oxu.az