11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda istehlak kreditləşməsi 14% azalıb

Cari il mayın 1-nə əsasən Azərbaycanda ev təsərrüfatlarına kredit qoyuluşunun həcmi 7 185,4 mln. manat təşkil edib. Mərkəzi Bankın verdiyi xəbərə görə, bu istiqamətdə kreditləşmə aylıq müqayisədə 397,8 mln. və ya 5,25%, ötən ilin müvafiq dövrünə nisbətən 1 012,3 mln. manat və ya 12,4%, ilin əvvəlindən isə 1 199,2 mln. manat və ya 14,3% azalıb.

Hesabata əsasən kreditlərin 1 570,3 mln. manatı ipoteka kreditləri də daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına yönəlib. Bu kreditlərin həcmi əvvəlki ayla müqayisədə 2,36% və ya 36,2 mln. manat, ilin əvvəlindən 27,9 mln. manat və ya 1,81% artıb, əvvəlki ilin müvafiq dövrünə nisbətən 232,3 mln. manat və ya 17,36% artıb.

Qeyd edək ki, ev təsərrüfatlarına kreditlərin ölkə iqtisadiyyatına qoyulan kreditlərdə xüsusi çəkisi 38,3% təşkil edib.

Report

Son xəbərlər
Digər xəbərlər